gortaSığortalı tərəfindən dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni üzrlü səbəblər olmadan sığortaolunanı dövlət icbari şəxsi sığorta etdirməməsinə və qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət icbari şəxsi sığorta haqqını sığortaçıya ödəməməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Sığortalı tərəfindən üzrlü səbəblər olmadan sığortaolunanı dövlət icbari şəxsi sığorta etdirməməsinə və qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət icbari şəxsi sığorta haqqını sığortaçıya ödəməməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilir.