Bir mənbədən əldə olunan audit sübutu digər mənbədən alınmış audit sübutu ilə uyğunsuzluq təşkil etdiyi hallarda auditin digər aspektlərinə (risklərin azaldılmasına, əhəmiyyətliliyinə) təsirləri nəzərə alınıb.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Əhəmiyyətli uyğunsuzluqların dəyər və kəmiyyət ölçülərini əhatə edən məbləğlərin həcmi və əhəmiyyəti, uyğunsuzluğun mahiyyəti, uyğunsuzluq ilə nəticələnmənin səbəbi, uyğunsuzluğun yaranmasına təsir edən və digər amillər təhlil edilib.