“36 MVt Gücü olan Ordubad Su Elektrik Stansiyasının tikintisi” obyektinə 2011-2022-ci illərdə xərc edilmiş vəsait və yerinə yetirilmiş işlər üzrə yaranmış debitor və kreditor borclar araşdırılarkən müxtəlif illər debitor borcu mövcud olub ki, bu da dövlət büdcəsi vəsaitinin səmərəsiz istifadəsi kimi dəyərləndirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.4-cü maddəsinin “sifarişçi dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikintilər üzrə texniki-iqtisadi əsaslandırma və smeta sənədlərinin ekspertizadan keçirilməsini təmin edir” tələblərinə əməl edilməyərək, Komitə tərəfindən layihə-smeta sənədləri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Ekspertiza Baş İdarəsində ekspertizadan keçirilməyib. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinin “dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikintilər üzrə sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir” tələblərinə əməl edilməyərək, müəllif nəzarəti həyata keçirilməyib.