merFermer kartlarının nağdsız hesablarında əkin subsidiya məbləğlərinin maliyyələşdirilməsindən 2020-ci ilin sonuna 7,1 mln. manat (illik icra olunmuş əkin subsidiyalarının 3,1%-i qədər), 2021-ci ilin sonuna 23,1 mln. manat (illik icra olunmuş əkin subsidiyalarının 9,0%-i qədər), 2022-ci ilin sonuna 26,7 mln. manat (illik icra olunmuş əkin subsidiyalarının 10,8%-i qədər) subsidiya məbləğləri qalıqda istifadəsiz qalıb.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən  Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.