Kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturu obyektlərinin texniki layihə sənədlərinin ekspertizasını təşkil edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Eyni zamanda kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturu obyektlərinin texniki layihə sənədlərinə uyğunluğunu sınaqdan keçirir və nəticələrinə dair akt tərtib edir, kritik informasiya infrastrukturu obyektinin təhlükəsizliyində boşluqların, zəifliklərin və digər uyğunsuzluqların aşkar olunması məqsədilə müdaxilə sınaqlarının keçirilməsini təşkil edir.