Dövlət Təhlükəsizliyi Xidmətinin kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması üzrə vəzifələrindən biri kritik informasiya infrastrukturu obyektlərinin müəyyən olunması məqsədilə informasiya sisteminin, avtomatlaşdırılmış idarəetmə sisteminin və ya informasiya-kommunikasiya şəbəkəsinin sahibindən (istifadəçisindən) məlumatları sorğu etməkdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
DTX-nın digər iki vəzifəsi sırasına isə Reyestrin fəaliyyətini təşkil etmək və Reyestrə daxil edilmiş kritik informasiya infrastrukturu subyekti olan dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə riayət edilməsinin yoxlanılmasına dair XRİTDX tərəfindən təqdim edilmiş illik planı təsdiq edərək hər il yanvarın 1-dək Reyestrdə yerləşdirilməsini təmin etmək daxildir.