Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma ağır nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda cəzalar məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma ağır nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.