torpaq2022-ci ilin dövlət büdcəsinin “Kənd təsərrüfatı” bölməsinin “Meliorasiya” köməkçi bölməsi üzrə büdcədənkənar vəsaitlər nəzərə alınmaqla “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin xətti ilə ümumilikdə 416,7 mln. manat vəsait xərclənib.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən  Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.

“Azərbaycan Respublikası  Nazirlər        Kabinetinin   2022-ci         ildə     fəaliyyəti haqqında hesabat”ında respublika üzrə bütün kənd təsərrüfatı bitkilərinin orta hesabla 4 dəfə suvarıldığı göstərilib ki, bu da 2021-ci ilə nisbətən (3 dəfə) çox olub. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabatlarına əsasən respublika üzrə su istifadəçilərinə 2021-ci ildə 7,3 mlrd. metr3, 2022-ci ildə isə 8,1 mlrd. metr3 su verildiyi göstərilib.