Mədəniyyət Nazirliyi tərəfindən nəzarət fəaliyyətinin tam həyata keçirilməməsi fəaliyyətin nəticələri, o cümlədən maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı hazırlanmış hesabatlarda bir sıra uyğunsuzluqların yaranmasına səbəb olub.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının tərtibi ilə bağlı yol verilmiş nöqsanlar bir sıra hallarda aktivlərin faktiki mövcudluğunun təsdiq edilməsi imkanlarını məhdudlaşdırmaqla yanaşı, bəzi hallarda aktivlərin dəyərinin, bununla da hesabat göstəricilərinin təhrif olunması ilə nəticələnib.