vuqarUlu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən iqtisadi məzmunlu islahatlar daxili, yəni müvafiq icra hakimiyyəti orqanı olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə yanaşı, hakimiyyətin icra hakimiyyəti qoluna aid olmayan, ali nümayəndəli orqanı olan Azərbaycan Respublikasının Milli Məclisi qarşısında hesabat verən Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarətinin həyata keçirilməsini zəruri edib.

Heftelik.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Vüqar Gülməmmədov qeyd edib ki, bu məqsədlə, 1999-cu ildə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilməklə, ölkədə kənar dövlət maliyyə nəzarəti institutunun əsası qoyulub: “Bundan sonra 2001-ci ildə Ulu Öndər Heydər Əliyev dövlət başçısı olaraq qanunvericilik təşəbbüsü  hüququndan  istifadə  edərək,  Hesablama  Palatasının  fəaliyyətinin  beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Qanuna əlavə və dəyişikliklər təklif edib. Həmin əlavə və dəyişikliklər ilə Hesablama Palatasının Azərbaycan Respublikasının Milli Məclisinə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanı kimi təşkilati və funksional müstəqilliyə malik olması, eyni zamanda fəaliyyət dairəsinin genişləndirilməsi və Hesablama Palatasının üzvlərinin hüquqi statusunun yüksəldilməsi istiqamətində müddəalar öz əksini tapıb. Həmin dövrdə Azərbaycan Respublikası Hesablama Palatasının işinin təşkili və tənzimlənməsinin əsaslarının müəyyənləşdirilməsi məqsədilə 2002-ci il 5 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi də təsdiq edilib”.