İstifadə edilən analitik prosedurlar vasitəsilə toplanan və digər fəaliyyət nəticəsində əldə olunan məlumatlar (dəlillər, sübutlar), aparılmış müzakirələr, müəyyən edilmiş meyarlar üzrə qiymətləndirmələr Hesablama Palatasının audit qrupunun hesabatına Sumqayıt Regional Mədəniyyət İdarəsinin cavab məktubu nəzərə alınmaqla aparılıb.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Audit qrupunun hesabatında qeyd edilmiş tapıntılar və əlaqəli sübutlar, həmçinin İdarənin 17.03.2023-cü il və 30.03.2023-cü il tarixli 71 nömrəli məktubları ilə təqdim edilmiş məlumatlar auditlə əhatə olunan dövrdə İdarə tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarəolunması və istifadəsinin tətbiq olunmasına dair bu auditor hesabatında əks olunmuş nəticə, rəy, təklif və tövsiyələrin formalaşdırılması üçün kafi əminlik təmin edib.