saytDövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunmasının yoxlanılması Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təsdiq edilmiş yoxlama planı əsasında keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunmasının həmin qurumların fəaliyyət göstərdikləri yerlərə gəlməklə yoxlanılması müddəti hər bir kritik informasiya infrastrukturu obyekti üzrə 15 (on beş) iş günündən artıq olmamalıdır.