Proqram təminatının hazırlanma, test və istismar mühitləri bir-birindən ayrılıqda qurulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Bu mühitlər arasında girişə nəzarət mexanizmləri tətbiq edilməlidir. Proqram təminatının qurumun tələbatına uyğunluğunu müəyyənləşdirmək üçün validasiya, eləcə də bu Texniki tələblərdə qeyd olunan tələblərə və sənədlərə uyğunluğunu qiymətləndirmək üçün verifikasiya testləri müvafiq ssenarilərə uyğun keçirilməlidir.