Cinayətin törədilməsində şübhə və ya ittiham olunan xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər haqqında cinayət-prosessual fəaliyyət Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Presessual Məcəlləsində əksini tapıb.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş diplomatik, habelə digər imtiyaz və toxunulmazlıqlara malik şəxslər haqqında və ya onların iştirakı ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətin xüsusiyyətləri bu Məcəllənin 436—441-ci maddələrinin müddəaları ilə müəyyən olunur.