Elektron xidmətdən istifadə rahatlığının təmin olunması üçün hansı tədbirlərin görülməli olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Elektron xidmətdən istifadə rahatlığının təmin olunması üçün aşağıdakı tədbirlər görülməlidir:
– elektron xidmətin dizaynı istifadəçi ekranının ölçülərinə avtomatik uyğunlaşmalıdır;
– istifadəçilərin fiziki imkanları, sağlamlıq vəziyyəti və məhdudiyyətləri nəzərə alınmalıdır;
– bütün mümkün olan informasiya və kommunikasiya vasitələri ilə (kompüter, planşet, mobil telefon və s.) elektron xidmətdən istifadə imkanı təmin edilməlidir;
– məlumatların daxil edilməsi üçün verilmiş komponentlər onların tipinə uyğun olmalı və köməkçi imkanlar (məsələn: tarix formatı, seçim imkanı və s.) təmin edilməlidir;
– tələb olunan məlumatlar EHİS vasitəsilə məlumatın ilkin mənbəyindən əldə olunmalıdır.