Elektron xidmətin istifadəçini identikləşdirmə imkanı olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
İstifadəçi seçiminə uyğun olaraq müvafiq yolla identikləşdirilməklə xidmətdən istifadə imkanını əldə etməlidir. Xidmətin göstərilməsində Vahid Giriş Sistemi tətbiq edilməlidir. Elektron xidmətlərdən istifadə zamanı dövlət informasiya sisteminə bir dəfə giriş edilməli (elektron xidmətlərə hər dəfə giriş olunduqda və ya xidmətdən istifadə zamanı digər dövlət informasiya sistemlərinə keçid edildikdə təkrar identikləşdirmə tələb edilməməli) və istifadəçilər onlara verilən hüquqlara uyğun olaraq xidmətlərdən istifadə etməlidir.