Texnoloji avadanlığının konfiqurasiyası istismar mühitinə buraxılmazdan əvvəl istehsalçının (təchizatçının) və (və ya) beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla gücləndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Gücləndirmiş konfiqurasiyasının tamlığı periodik yoxlanılmalı və nəticələr sənədləşdirilməlidir. Texnoloji avadanlığa texniki xidmət göstərən, eləcə də onu istismar və ya istifadə edən aidiyyəti şəxslərin qurum və ya istehsalçı (təchizatçı) tərəfindən hazırlanmış texnoloji avadanlığın saxlanılması, istismarı və istifadəsi ilə bağlı təlimatlarla tanış olması təmin edilməlidir.