Mərhum sənətçi Rüfət Mehdiyevin qızı Zəminə Mehdiyeva “İrşad Telekom”dan şikayətçidir.
Heftelik.az-ın məlumatına görə, bu haqda açıqlama verən Z. Mehdiyeva şirkət tərəfindən dolandırıldığını deyib:
“2 ay öncə 3 min manata iPhone 14 Pro telefonu aldım. Telefon qısa müddətdə xarab oldu. Onlara müraciət etsəm də, heç bir yardım göstərmirlər. 2 ay telefonsuz qalacağımı və bu müddətdən sonra mənə platası dəyişdirilmiş, açılmış bir telefon verəcəklər.
Mən isə bununla razı deyiləm. Onlardan yeni telefon tələb edirəm”.