Elektron xidmətin göstərilməsi üçün zəruri olan məlumatların təhlükəsizliyi üçün elektron xidmətin həyata keçirilməsi üçün toplanılacaq və saxlanacaq istifadəçi məlumatlarının dairəsi dəqiq müəyyən olunmalı və qeydiyyatı aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Məlumatlar Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında” qanunlarına və digər normativ hüquqi aktlarına uyğun olaraq, eləcə də əvvəlcədən müəyyən olunmuş və bəyan edilmiş məqsədlər üçün toplanılmalı və göstərilmiş məqsədlərə uyğun üsullarla işlənilməlidir.