Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələblər çərçivəsində yardımçı qurğular üzrə standart dolab tipi və ölçüsü (məsələn, 47U – HxExD = 2300 mm x (600 mm, 800 mm) x (1000 mm, 1200 mm) istifadə edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələblər”də əksini tapıb.
Yardımçı qurğular üzrə kolokasiya üçün istifadə ediləcək dolab və qurğulardakı soyuducu hava axını data mərkəzində olan tələblərə uyğun olmalıdır. Eyni zamanda kolokasiya zamanı dolabdakı elektrik paylanması müasir tələbata uyğun olmalıdır.