Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar.
Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.
Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.
Hazırda təhqiqat araşdırmaları davam etdirilir.
Qeyd edək ki, Bakıda autizmli uşağın döyülməsi barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərədn aydın olur ki, mağazanın qarşısında oturan uşağa iki naməlum şəxs hücum edib. Hadisənin avqustun 2-də axşam saatlarında baş verdiyi bildirilir.