Qurum tərəfindən texniki tapşırıq sənədində (TT) hansı məlumatların əksini tapacağı müəyyənləşib.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Qurum tərəfindən TT-də aşağıdakı məlumatlar əks etdirilməlidir:
– dövlət informasiya ehtiyatının və sisteminin təyinatı və formalaşdırılma məqsədi;
– dövlət informasiya ehtiyatının və sisteminin funksiyaları;
– dövlət informasiya ehtiyatının və sisteminin proqram təminatının hər bir modulunun detallı təsviri;
– dövlət informasiya ehtiyatının və sisteminin inkişaf perspektivi;
– dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılmasında iştirak edəcək insan resursları haqqında məlumatlar;
– proqram təminatı, məlumat bazası və inteqrasiya üzrə detallı texniki təsvir;
– proqram təminatı, məlumat bazası və inteqrasiya üzrə əməliyyatların tarixçəsinin saxlanmasının (loqlanmasının) detallı təsviri;
– istifadəçilər və dövlət informasiya ehtiyatı və sistemi arasındakı qarşılıqlı əlaqə.