Proqram təminatının texniki tapşırıqlar toplusu, eskiz və texniki layihə sənədləri, test ssenariləri ekspertiza olunmalı və qurum (və ya qurumun müəyyən etdiyi şəxs) tərəfindən təsdiq edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.

Proqram təminatı etibarlı mənbələrdən (istehsalçının müəyyən etdiyi) əldə olunan lisenziyalı (ödənişli və ya ödənişsiz) texnoloji komponentlərdən ibarət olmalıdır. Proqram təminatının məxfiliyini, mühafizəsini, bütövlüyünü və əlçatanlığını təmin etmək üçün kompüter virusları, qurdlar, troyan atları və sair zərərli kodlara qarşı lazımi tədbirlər görülməlidir. İnformasiya təhlükəsizliyi siyasətinə zidd olaraq lisenziyasız proqram təminatının istifadəsinə icazə verilməməlidir. Xarici şəbəkələr vasitəsilə fayl və ya proqram təminatının yüklənilməsi və istifadə edilməsində tətbiq olunacaq təhlükəsizlik tədbirləri müəyyən edilməlidir.