Peşə təhsili pilləsinin texniki peşə təhsil səviyyəsində təhsil alanlar da təhsil tələbə kreditləri ala biləcəklər.
Heftelik.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edib.
Həmçinin sosial TTK üzrə texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən 4 və 5 olanlara həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq.
Qeyd edək ki, daha əvvəl sadəcə peşə təhsil pilləsinin yüksək texniki peşə səviyyəsi üzrə təhsil alanlar tələbə kreditindən faydalana bilirdi.