Dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətinin mütəmadi monitorinqi həyata keçirilməlidir. Dövlət informasiya ehtiyatı və sistemi ilə əlaqəli komponentlərin fəaliyyətinin izlənilməsi üçün onların monitorinq sisteminə qoşulması təmin edilməlidir.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Dövlət informasiya ehtiyatına və sisteminə düzəlişlərin və ya dəyişikliklərin edilməsi ilə bağlı qaydalar hazırlanmalıdır.