saytElektron xidmətlər fasiləsiz olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Elektron xidmət prosesi bütün mərhələləri (müraciət, emal və nəticə) əhatə etməli və dayanıqlı (elektron xidmətin göstərilməsi zamanı hər hansı texniki dayanmanın baş verməməsi) olmalıdır. Eyni zamanda xidmətə müraciət mərhələsində daxil edilmiş məlumatların emal mərhələsinədək yekun formatda nəzərdən keçirilməsi imkanı olmalıdır.