Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, həmçinin yerli özünüidarəetmə orqanları (bundan sonra – qurum) tərəfindən informasiya ehtiyatının və sisteminin formalaşdırılması mərhələləri planlaşdırılmalı və bununla əlaqədar olaraq müvafiq layihə sənədinin hazırlanması təmin olunmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyininin Kollegiyasının təsdiqlədiyi “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.