kritikElektron xidmətin göstərilməsi üçün zəruri olan məlumatların təhlükəsizliyi üçün məlumatların təhlükəsizliyi ilə bağlı potensial təhlükələrin, risklərin analizi və qiymətləndirilməsi aparılmalı, nəticələrə əsasən təhlükəsizlik tədbirləri müəyyən olunaraq həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
İstifadəçi məlumatlarının “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar ilə müəyyən olunmuş qaydada məcburi şəkildə toplanılması və işlənilməsi halları istisna olmaqla, hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız həmin şəxs tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq əsasında yol verilir.