Texnoloji avadanlığın saxlanıldığı və təhlükəsizliyinə riski yarana bilən infrastruktur komponentlərinə girişə nəzarət olunmalı, o cümlədən həmin komponentlər şəxslərin asanlıqla və icazəsiz daxil ola bilməyəcəyi şəkildə quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Texnoloji avadanlığın komponentlərinin dəyişdirilməsi informasiya sisteminin və ya ehtiyatının, elektron (rəqəmsal) xidmətlərin, habelə telekommunikasiya şəbəkəsinin qurum və ya istehsalçı tərəfindən müəyyən edilmiş maksimal məqbul dayanma müddətləri aşılmadan həyata keçirilməlidir.