Dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyasına dair reqlament hazırlanan zaman hansı tələblərin həmin reqlamentdə öz əksini tapmalı olduğu müəyyənləşib.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyasına dair reqlament hazırlanan zaman aşağıdakı tələblər həmin reqlamentdə öz əksini tapmalıdır
– reqlamentə edilmiş dəyişikliklər haqqında cədvəl;
– inteqrasiya prosesi haqqında qısa məlumat və izah;
– inteqrasiya olunacaq modul və ya alt sistem haqqında məlumat;
– məlumat mübadiləsinin istiqaməti (ötürən/qəbul edən, A>>>B, A<<<B);
– ötürüləcək məlumatın təsviri;
– ötürüləcək şəbəkə haqqında məlumat;
– modul və ya alt sistemin tələbləri;
– məlumatın ilkin mənbədən götürülməsinin təmin edilməsi;
– sorğu veriləcək məlumat;
– sorğu üzrə alınacaq məlumat;
– məlumat mübadiləsinin vaxtları (real vaxt rejimində, reqlamentə uyğun və s.).