Elektron xidmətin işləkliyinin hansı tələblər gözlənilməklə təmin edilməli olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Elektron xidmətin işləkliyi aşağıdakı tələblər gözlənilməklə təmin edilməlidir:
– elektron xidmət təqvimin bütün günlərində fasiləsiz olaraq işlək vəziyyətdə olmalıdır;
-müəyyən dövrlər üzrə göstərilən elektron xidmətin aktiv olmadığı (həyata keçirilmədiyi) müddətlər barədə istifadəçilərə müvafiq məlumat verilməlidir.