Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələblər çərçivəsində İT qurğuları üzrə qurğuların hər birinə tələb olunan elektrik gücü paylama qurğusuna uyğun nəzərə alınmalıdır (həmçinin kolokasiya üçün).
Heftelik.az-ın məlumatına görə, bu, “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələblər”də əksini tapıb.
Eyni zamanda İT qurğuları üzrə kolokasiya olunacaq qurğularda ayrıca idarə portu olmalı, kolokasiya olunacaq serverlərdə şəbəkə kartlarının sayı və interfeysinin tipi (optik və ya elektrik, ötürülmə sürəti və s.) nəzərə alınmalı, dövlət qurumları tərəfindən miqrasiyadan əvvəl “Hökumət buludu”nda məlumat saxlama sistemi üzrə tələbatlar (məsələn, 7.2K, 10K, SSD) təqdim edilməli, dövlət qurumları onlara aid kolokasiya olunmuş qurğu və istifadə etdiyi proqram təminatları üzrə lisenziya, zəmanət və dəstək şərtlərini təmin etməli, avadanlıqlar dünya üzrə tanınmış beynəlxalq nüfuzlu şirkətlərin istehsalı olmalı (həmçinin kolokasiya üçün), kolokasiya olunacaq qurğular işlək vəziyyətdə olmalıdır (məsələn, elektrik qidalanma hissəsinin işlək vəziyyəti).