Cinayət prosesinin tərəfləri çəkişmə və hüquq bərabərliyi əsasında cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata keçirən cinayət prosesinin iştirakçılarıdır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Presessual Məcəlləsində əksini tapıb.
İttiham Cinayət-Presessual Məcəlləsində müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. İttiham tərəfi birlikdə götürülmüş təhqiqatçı, müstəntiq, prokuror, həmçinin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçıdır.
İbtidai araşdırma cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraatdır.