Məhkəmə əmrinin məzmunu açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə əmrində aşağıdakılar göstərilməlidir:
– icraatın nömrəsi və əmrin çıxarılma tarixi:
– məhkəmənin adı, əmri vermiş hakimin soyadı, adı, atasının adı;
– kreditorun və borclunun soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer, iş yeri;
– tələbin ödənilməsinin hüquqi əsası;
– alınmalı olan pul məbləği və ya dəyəri göstərilməklə alınmalı olan əmlak;
– dəbbə pulunun məbləği, əgər onun alınması qanunla və ya müqavilə ilə nəzərdə tutulmuşdursa;
– borcludan kreditorun xeyrinə və ya dövlət büdcəsinə tutulmalı olan dövlət rüsumunun məbləği.