Proqram təminatının hazırlanmasında və istismarında istehsalçı tərəfindən dəstəklənə bilinən texnoloji komponentlər istifadə edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.

Proqram təminatının hazırlanmasında mənbə (ilkin) kodları ilə əlaqədar olan aşağıdakı təhlükəsizlik prinsipləri təmin edilməlidir:

– proqram təminatında icazələrin səlahiyyətlər üzrə bölgüsü nəzərdə tutulmalıdır;

–  proqram təminatında təsadüfi dəyişikliklərin istisna edilməsi, yaxud təsdiq (qəbul) edilməmiş və bəyan olunmamış funksional imkanların olmasının, həmçinin tətbiqinin qarşısını almaq üçün mənbə kodunun mətninə və onunla bağlı olan kontentlərə (layihələrə, spesifikasiyalara və planlara) müraciətlər, icazələr, cəhdlər və digər hərəkətlər müvafiq qeydiyyat jurnallarında qeyd edilməlidir (loqlanmaldır);

– poqram təminatının mənbə kodu istismara təqdim olunanda onun tamlığına istehsalçı (təchizatçı) tərəfindən təminat verilməli, bunun üçün əlavə yoxlama (hash, checksum və s.) alətləri tətbiq edilməlidir.