Qurum tərəfindən texniki tələblərə (TT) düzəlişlər müvafiq cədvəldə tarixçə, düzəlişin mahiyyəti və düzəliş edən şəxs barədə məlumatlar qeyd edilməklə həyata keçirilməlidir.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Proqram və texniki təminatın hazırlanması aşağıdakı mərhələlər üzrə aparılmalıdır:
– vizual dizaynın hazırlanması və təsdiqlənməsi;
– məlumat bazasının formalaşdırılması:
– arxitekturanın hazırlanması;
– məlumat bazasının qurulması;
– məlumatlarla bağlı aparılan əməliyyatlar üzrə prosedurların qurulması;
– məlumat bazasının struktrunun modelləşdirilməsi.
– proqram təminatının yaradılması:
– modulların yaradılması;
– məlumat bazası ilə əlaqələndirmə;
– inteqrasiyanın təmin edilməsi.
O cümlədən texniki infrastrukturun təşkil olunması serverlərin qurulması və sazlanması, şəbəkə avadanlıqlarının qurulması və sazlanması, proqramların yazılması və sazlanmasını əhatə etməlidir. Təhlil və analiz üçün hesabatların hazırlanması da təmin olunmalıdır.