Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.

Heftelik.az xəbər verir ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat

Təhsil formasıQəbul planıQəbul olunubQəbulolma
faizi
Azərbaycan bölməsiRus
bölməsi
Bölmələr üzrə
cəmi
Dövlət ödənişsiz45954409164457399.52
Dövlət ödənişli58175504169567397.52
Özəl34032020340100.00
Cəmi10752102333531058698.46

Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat

Təhsil formasıQəbul planıQəbul olunubQəbulolma
faizi
Azərbaycan bölməsiRus
bölməsi
Bölmələr üzrə cəmi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar92018921277919899.97
Xüsusi qabiliyyət tələb edən ixtisaslar1551131276138889.49
Cəmi10752102333531058698.46

Abituriyentlər 2023-cü il 14 avqust saat 15:00-dan 23 avqust saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.