Avqust ayının ortalarınadək ölkə ərazisində isti hava şəraiti davam edəcək.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, bəzi yerlərdə 41-42 dərəcə, bölgələrdə 37-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcə, dağlıq ərazilərdə isə 29-34 dərəcəyədək isti olacağı gözlənilir.
Gülşad Məmmədova qeyd edib ki, bu gün əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə, xüsusən də Quba, Xaçmaz, Dağlıq Şirvan və Daşkəsən, Gədəbəy zonasının dağlıq ərazilərində qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Zəif Cənub-şərq küləyi üstünlük təşkil edəcək.