UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

II raundda “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Rakuv” Polşada Kiprin “Aris” klubunu məğlub edib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Sloveniyada “Olimpiya”nın qapısından 3 cavabsız top keçirib. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” – HİK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası isə Yunanıstanda AEK-lə qarşılaşmalı olsa da, azarkeşlər arasında baş vermiş insident nəticəsində yerli fanatın öldürülməsi səbəbindən qarşılaşma təxirə salınıb.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
8 avqust

22:00. “Rakuv” (Polşa) – “Aris” (Kipr) – 2:1
Qollar: 
Vladislav Koçergin, 7. Fabian Pyasetski, 63 – Mixlali Mayambela, 89

22:00. “Kopenhagen” (Danimarka) – “Sparta” (Çexiya) – 0:0

22:30. PSV (Niderland) – “Şturm” (Avstriya) – 4:1
Qollar:
 İsaak Babadi, 4. Luk de Yonq, 22; 32. İbrahim Sanqare, 73 – Con Qorents-Stankoviç, 40

22:45. “Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) – 2:1
Qollar:
 Arni Frederiksberq, 64; 86 – Maqnus Eykrem, 49

23:00. “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) – 0:3
Qollar:
 Kerem Aktürkoğlu, 9. Dris Mertens, 48. Halil Dervişoğlu, 90+1

23:00. “Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya) – 3:0
Qollar:
 Bruma, 17. Pitsi, 19. Tiaqu Calo, 87

Qeyd edək ki, III təsnifat mərhələsinin digər 3 oyunu bu gün keçiriləcək.