Hansı komponentlər ilə bağlı dövlət informasiya ehtiyatının və sisteminin arxivləşdirilməsi üzrə siyasət sənədi hazırlanmalı olduğu müəyyənləşib.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Aşağıdakı komponentlər ilə bağlı dövlət informasiya ehtiyatının və sisteminin arxivləşdirilməsi üzrə siyasət sənədi hazırlanmalıdır:
– məlumat bazaları;
– media fayllar;
– sazlama faylları;
– proqram təminatları;
– giriş məlumatları;
– texniki sənədləşmə;
– problemlərin qeydiyyatı.