Elektron xidmətin hər hansı bir mərhələsində istifadəçinin fiziki iştirakı tələb olunduqda istifadəçiyə mövcud elektron növbə sistemindən növbə götürmək imkanı yaradılmalı, elektron növbə sistemi mövcud olmadıqda isə xidmətə fiziki olaraq müraciət vaxtı və yeri təyin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Fiziki müraciət tamamlandıqdan sonra xidmətin nəticəsi Elektron Hökumət İnformasiya Sistemində (EHİS) öz əksini tapmalıdır.