Funksionallıq testi proqram təminatının müəyyən edilmiş funksionallıq tələblərinə və arxitektura dizaynına uyğunluğunun yoxlanılması məqsədilə aparılan fəaliyyətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Lisenziya proqram təminatının avtorizə edilmiş istifadəsinə icazə verən sənəd, mənbə kodu proqram təminatının hazırlanması üçün proqramlaşdırma dilində və proqramlama mühəndisi tərəfindən oxuna biləcək şəkildə tərtib olunmuş kodlar ardıcıllığıdır.