Elektron xidmətin göstərilməsi üçün zəruri olan məlumatların təhlükəsizliyi üçün istifadəçinin məlumatları yalnız istifadəçi və müvafiq səlahiyyətli şəxslər üçün əlçatan olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Məlumat mübadiləsi zamanı konfidensial məlumatların gizliliyini təmin etmək üçün müxtəlif şifrələmə metodlarından (məsələn: MD-5, SHA1, SHA2 ) və SSL (Secure Sockets Layer) protokolundan istifadə edilməlidir.