Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması zamanı istifadəçi təlimatları hazırlanmalıdır
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Aşağıda qeyd edilən şəxslər üçün istifadəçi təlimatları hazırlanmalıdır:
– informasiya texnologiyaları üzrə işçilər;
– digər işçilər;
– istifadəçilər.
Qurum tərəfindən dövlət informasiya ehtiyatının və sisteminin nüsxələnməsi (backup) üzrə strategiya müəyyən edilməlidir. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması zamanı Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə inteqrasiya imkanı təmin edilməlidir.