Təhlükəsizlik insidenti, o cümlədən qəza və ya xəta baş verdikdə itirilmiş, silinmiş və ya məhv olmuş məlumatların və proqram təminatının bərpa olunması üçün ehtiyat nüsxəsinin çıxarılması təmin olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Ehtiyat nüsxəsi alınacaq məlumatlar və proqram təminatı üçün ehtiyat nüsxənin saxlama müddəti, növü və kritiklik səviyyəsi müəyyən olunmalıdır. Proqram təminatının istismarı müddətində yaradılan məlumatların ehtiyat nüsxələrinin çıxarılması və bərpası prosesi müəyyən edilməli və sənədləşdirilməlidir.