Texnoloji avadanlıq üçün yanğın, sel, zəlzələ, ildırım, partlayış və digər təhlükələrə (fəlakətlərə) qarşı zəruri tədbirlər görülməli və sənədləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
İnformasiya sisteminə və ya ehtiyatına, habelə telekommunikasiya şəbəkəsinə gələn telekommunikasiya və elektrik xətlərinin kəsilməsinin və ya zədələnməsinin qarşısını alacaq şəkildə mühafizə təmin edilməlidir.
Texnoloji avadanlığın utilizasiyası (istismardan çıxarılması) və ya təyinatının dəyişdirilməsi onda saxlanılan məlumatların bərpasına imkan verməyəcək üsullarla həyata keçirilməlidir.