Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 09 avqust 2023-cü il tarixdə rayonun Alpı kəndində səyyar qəbul keçirib.

Heftelik.az-ın məlumatına görə, səyyar qəbulda Quləbənd, Alpı və Bağırbəyli kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunub, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılıb.

Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak edib.