Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, 6 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin  imzaladığı sərəncamla Mahirə Adnayeva Sədərək rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.  Mahirə Adnayeva icra başçısı təyin edilənədək Sədərək rayon İcra Hakimiyyəti başçısının müavini, RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini tutmuşdu.

Mahirə Adnayeva İkinci Dünya müharibəsi veteranı mərhum Ramazan Adnayevin gəlinidir.