Xüsusi hazırlıq keçmiş taksi minik avtomobilləri sürücülərinin şəhadətnamələrinin uçotunun necə təmin ediləcəyi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kolegiyasının qərarı ilə “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”na əlavə edilən 14-cü hissədə əksini tapıb.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobilləri sürücülərinin, habelə həmin şəxslərə verilmiş şəhadətnamələrin uçotu Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sistemi vasitəsilə təmin edilir.