Proqram təminatının funksionallığının dayanmasına səbəb olan təhlükəsizlik insidentlərinin baş verdiyi hallarda bu funksionallığın bərpa edilmə müddəti və həmin müddət ərzində istifadə ediləcək alternativ üsullar (vasitələr) öncədən müəyyənləşdirilməli və sənədləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Bərpa müddəti və alternativ üsullardan (vasitələrdən) istifadəyə keçid müddəti proqram təminatının funksional davamlılığı üçün qurum və ya istehsalçı tərəfindən müəyyən edilmiş maksimal məqbul dayanma müddətlərinin aşılmasına səbəb olmamalıdır.